Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürür. Matc.az xəbər verir ki, sabah və birigün keçiriləcək görüşlərlə finalçılar müəyyənləşəcək.

İlk olaraq Parisdə PSJ Dortmund “Borussiya”sını qəbul edəcək. Almaniyadakı ilk qarşılaşmada meydan sahibləri minimal fərqlə qalib gəlmişdi.

Madriddə isə Avropa nəhəngləri “Real”la “Bavariya” münasibətlərinə aydınlıq gətirəcəklər. Münhendəki matçda qollu bərabərlik qeydə alınıb.

“Bavariya” və “Borussiya” cütlükdən üstün ayrılsa, azarkeşlər Almaniya finalı izləyəcək.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunları

7 may

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

Paris, “Park De Prens”

İlk oyun – 0:1

8 may

“Real” (İspaniya) – “Bavariya” (Almaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Madrid, “Santyaqo Bernabeu”

İlk oyun – 2:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest