“Nitsa”nın mərkəz müdafiəçisi Jan-Kler Todibo uğrunda mübarizə qızışır. Matc.az xəbər verir ki, indi də “Atletiko” fransalı futbolçunu heyətinə qatmaq arzusuna düşüb.

“Barselona”nın sabiq üzvü madridlilər üçün prioritet hədəf hesab olunur. Bu üzdən İspaniya təmsilçisi transferə böyük məbləğdə pul xərcləməyə hazırdı. 24 yaşlı arxa xətt oyunçusu ilə “Liverpul” və “Mançester Yunayted” də yaxından maraqlanır.

Qeyd edək ki, Todibo cari mövsüm bütün turnirlərdə 27 oyunda iştirak edib. Onun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest