"Rövşən Nəcəf bəyi təbrik edirəm, uğurlar arzulayıram. Onun Azərbaycan futbolunu daha da irəli daşıyacağından şübhəm yoxdur"

"Yeni strategiya üçün AFFA-ya lazımı dəstəyi göstərəcəyik". Matc.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının vitse-prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı AFFA-nın növbəti Konfransında deyib.
 
O bildirib ki, AFFA rəhbərliyi Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görüb: "UEFA adından 16 il AFFA-ya rəhbərlik etdiyi üçün Rövnəq Abdullayevə təşəkkür edirəm. 16 il ərzində çoxlu enişli-yoxuşlu yollardan keçib. Buna baxmayaraq, verdiyiniz töhvə üçün minnətdaram".
UEFA nümayəndəsi yeni tsikldə yeni füstətlər yaranacağını sözlərinə əlavə edib: "Azərbaycan futbolu üçün də investisiya yatıracağıq. Futbol idmandan çox məna ifadə edir. Futbol bəşəriyyəti birləşdirir".
 
Servet Yardımçı AFFA-nın yeni prezidentinə uğurlar arzulayıb: "Rövşən Nəcəf bəyi təbrik edirəm, uğurlar arzulayıram. Onun Azərbaycan futbolunu daha da irəli daşıyacağından şübhəm yoxdur. Azərbaycan futbolu son illərdə inkişafdadır. “Qarabağ” Avropada böyük işlər gördü. Avropa Liqasında qitənin ən uğurlu komandasına uduzdu. "Qarabağ”ı təbrik edirəm. Təcrübə qazandıqca uğurların davamı gələcək".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest