02 Aprel 2024, 17:52
FUTBOL
“Yuventus” Fransanın U-18 millisinin futbolçusu Tidiam Qomislə maraqlanır. Matc.az xəbər verir ki, İtaliya klubu “Kan”ın 17 yaşlı vingeri üçün onun yaxınları ilə danışıqlara başlayıb.
Ancaq Qomis uğrunda mübarizədə turinlilər tək deyil. Məsələ burasındadı ki, Almaniya Bundesliqasının lideri “Bayer” də onu heyətinə qatmağı planlaşdırır. Leverkuzenlilər hələ qışda fransızın klubuna təklif göndərsə də, rədd cavabı almışdı. “Kan” istedadlı oyunçusunun keçidindən yüksək məbləğdə gəlir götürməyi planlaşdırır.
Qeyd edək ki, Tidiam Qomis cari mövsüm Fransa ikinci liqasında 9 matçda iştirak edib.