05 Mart 2024, 09:42
ÇEMPİONLAR LİQASI
“Ümid edirəm ki, komanda layiqincə yüksələcək və mövsümboyu oynadığımız kimi oynayacaq”
“Cavab görüşləri həmişə çətin olur”. Matc.az xəbər verir ki, bunu PSJ-nin baş məşqçisi Luis Enrike deyib.
Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Sosyedad”la cavab oyunu ilə bağlı danışan mütəxəssisin sözlərinə görə, komandası meydana düzgün münasibət və maksimum konsentrasiya ilə çıxmasa, çətin olacaq: “Ümid edirəm ki, komanda layiqincə yüksələcək və mövsümboyu oynadığımız kimi oynayacaq”.
Qeyd edək ki, PS ilk oyunda 2:0 hesablı qələbə qazanıb.