"Sizcə, niyə Ronaldo Portuqaliya çempionatı haqqında deyil, Liqa 1 haqqında deməyə qərar verdi? Buna səbəb Lionel Messinin Liqa 1-də oynamasıdır"

“Ronaldonun Səudiyyə liqasının Liqa 1-dən daha yaxşı olması ilə bağlı sözlərindən əsəbiləşdim”. Matc.az xəbər verir ki, bunu “Çelsi”nin sabiq futbolçusu Frank Leböf Səudiyyə Ərəbistanı çempionatının Liqa 1-dən daha yaxşı olduğunu deyən “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, portuqaliyalı bunu Messinin Fransada oynaması ilə əlaqələndirib: “Sizcə, niyə Ronaldo Portuqaliya çempionatı haqqında deyil, Liqa 1 haqqında deməyə qərar verdi? Buna səbəb Lionel Messinin Liqa 1-də oynamasıdır. Futbolçu kimi Ronaldoya böyük hörmətim var, amma sussun! Bu, Liqa 1-ə qarşı ədalətsizlikdir”.

Ronaldo bu mövsüm “Əl-Nəsr”ın heyətində bütün turnirlərdə 37 oyunda 34 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest