“Mançester Yunayted” tarixin ən bahalı heyətinə sahib olub. Matc.az xəbər verir ki, UEFA-nın hesabatına görə, ötən mövsümün sonunda “qırmızı şeytanlar”ın oyunçularının ümumi transfer dəyəri 1,422 milyard avro olub.
Hesablamalarda son yay “transfer pəncərəsi”ndə başa çatan keçidlər nəzərə alınmayıb. Həmin vaxtdan sonra Rasmus Hoylund, Meyson Maunt və Andre Onana “mankunianlılar”a qoşulub.
“Mançester Yunayted” həm də “Real”ın rekordunu qırıb. 2020-ci maliyyə ilində Madrid komandası 1,332 milyard avro dəyərində idi.
Oyunçu transfer xərclərinə görə ilk 20 klub (2023-cü ilə kimi):
1. “Mançester Yunayted” – 1,422 milyard avro
2. “Mançester Siti” – 1,286 milyard
3. “Çelsi” – 1,084 milyard
4. “Real” – 1,031 milyard
5. PSJ – 938 milyon
6. “Liverpul” – 905 milyon
7. “Arsenal” – 890 milyon
8. “Yuventus” – 769 milyon
9. “Tottenhem” – 666 milyon
10. “İnter” – 589 milyon
11. “Barselona” – 576 milyon
12. “Nyukasl” - 543 milyon
13. “Bavariya” – 534 milyon
14. “Leypsiq” – 506 milyon
15. “Aston Villa” – 500 milyon
16. “Napoli” – 445 milyon
17. “Vest Hem” – 443 milyon
18. “Atletiko” – 431 milyon
19. “Borussiya” (Dortmund) – 390 milyon
20. “Milan” – 336 milyon