PSJ və Kilian Mbappe ayrılığı hələ elan etməyəcək. Matc.az xəbər verir ki, fransalı forvardın gedişi ilə bağlı şərtlər hələ razılaşdırılmayıb.

Klub prezidenti Nasser el Xelaifi dünən Mbappe ilə görüşüb. Tərəflər mövsümün sonunda yolların ayrılacağı ilə bağlı ilkin anlaşıblar. Ancaq bunu bir neçə aydan sonra elan etmək qərarına gəliblər. Çox güman ki, parislilər müqavilə müddəti bitdiyi gün bunu açıqlayacaq.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdi. Onun “Real”la ilkin anlaşdığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest