16 Fevral 2024, 12:34
FUTBOL
Braziliya millisinin lideri Neymar məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi “Əl-Hilal” klubunun mətbuat xidməti məlumat yayıb.
Vurğulanıb ki, 4 aydı yaşıl meydanlardan uzaq qalan 32 yaşlı hücumçu komandadan ayrı hazırlıq keçib. O, idman zalında fərdi məşq edib.
Qeyd edək ki, Neymar ötən ilin oktyabrında dizinin ön çarpaz bağından zədə almışdı.