“Çempionatda “Sportinq”ə məğlubiyyətdən sonra burada başqa cür oyun göstərmək istəyirdik. Təəssüf ki, bacarmadıq. Nə qələbəyə, nə də heç-heçəyə layiq idik. Başda mən olmaqla, hər kəs daha çoxunu etməliyik. Sadəcə sözlə deyil, meydanda hərəkət etməklə nəyəsə nail ola bilərik".
“Çempionatda “Sportinq”ə məğlubiyyətdən sonra burada başqa cür oyun göstərmək istəyirdik. Təəssüf ki, bacarmadıq”. Matc.az xəbər verir ki, bunu “Braqa”nın yarımmüdafiəçisi Joao Moutinyo deyib.
37 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” 2:4 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib. Portuqaliya yığmasının üzvü məğlubiyyətə layiq olduqlarını etiraf edib: “Nə qələbəyə, nə də heç-heçəyə layiq idik. Başda mən olmaqla, hər kəs daha çoxunu etməliyik. Sadəcə sözlə deyil, meydanda hərəkət etməklə nəyəsə nail ola bilərik. Əlimizdən gələni etməli və həmişə 100 faiz gücümüzü ortaya qoymalıyıq. Bütün oyunlar son dərəcə çətindir. Rəqiblərin daha çox istəmələrinə imkan verə bilmərik. Söhbət təkcə keyfiyyətdən getmir. Bu, istəkdə, iradədə özünü göstərməlidi”.
Moutinyo Azərbaycan çempionu barədə xoş fikirlər səsləndirib: “Bilirdik ki, hesab 1:4 bitsə, hər şey çox çətin olacaq. İstənilən halda, vəziyyət indi də çətindir. İkinci qol sadəcə ümid yaratdı. Lakin geridönüş etmək üçün səfərdə daha çoxunu etməliyik. “Qarabağ” Avropa Liqası üçün çox yaxşı komanda olduğunu göstərdi. Mərhələ adlamaq üçün böyük inamları var. “Qarabağ”a fərqli münasibət göstərməliyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.