Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA 4 oyunçunun adını azarkeşlərə təqdim edib. Namizədlər arasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də var.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA 4 oyunçunun adını azarkeşlərə təqdim edib.

Namizədlər arasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də var. 32 yaşlı fransalı “Braqa”nı 4:2 hesabı ilə məğlub etdikləri matçda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Digər namizədlər “Milan”dan Ruben Loftus-Çik, “Qalatasaray”dan Mauro İkardi və “Benfika”dan Anxel Di Mariyadı.

Qalib UEFA-nın saytındakı səsvermənin nəticəsində bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest