“Braqa”nın güclü olduğunu bilirik. Son məğlubiyyətə baxmayaraq, onlar çox yaxşı komandadı”

“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə Portuqaliyada keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
 
Matc.az xəbər verir ki, braziliyalı futbolçu jurnalistlərin suallarını cavablandırıb.
 
- “Braqa” ilə bu oyundan nə gözləyirsiniz?
 
- Bu, təkcə mənim üçün deyil, Portuqaliyada vaxt keçirmiş digər oyunçular üçün əla gün olacaq. “Braqa”nın güclü olduğunu bilirik. Son məğlubiyyətə baxmayaraq, onlar çox yaxşı komandadı.
 
- Sizi hansı üslubda oyun gözləyir?
 
- Bu, detalları olan bölünmüş oyun olacaq. Uzun illər Avropa Liqasında oynamışıq və təcrübəmiz var. Lakin “Braqa” da yaxşı heyətə malikdir. Hər iki tərəf qələbə qazana bilər.
 
- Portuqaliyada oynadığınızı nəzərə alsaq, baş məşqçiniz sizdən hansısa məlumat soruşdu?
 
- O, heç nə soruşmadı. “Braqa”nın oyunlarının videolarına baxmışıq. Baş məşqçi rəqibin hücum gücündən və topa sahib olmağı sevən üslubundan danışdı. Məndən konkret heç nə istəmədi.
 
- “Qarabağ”ı necə xarakterizə edərdiniz?
 
- Əks-hücumlarda çox oynayırıq, topa sahib olmağı da sevirik. Amma bizim güclü tərəfimiz əks-hücumdur. Son vaxtlar Avropa Liqasında topa daha çox sahib olmağa və rəqibə təzyiq hiss etdirməyə çalışırıq. Çünki
topa sahibliyi çox tez bərpa etməyə çalışırıq və onu ələ keçirərkən tez hücuma keçirik.
 
- “Braqa”nın hansı oyunçuları təhlükəli ola bilər?
 
- Yeni ayrılan Əl Musratini çox bəyənirəm, o, mənim sevimli oyunçum idi. Bruma və Djalonu da qeyd edə bilərəm. Ən təhlükəli oyunçu adətən Banzadır.
 
- “Braqa”nı “Bayer”lə müqayisə etmək olar?
 
- “Bayer” fərqlidir, onlar absurd şəkildə topa nəzarət edirlər, pressinq qururlar. “Braqa” fərqlidir, amma böyük komandadır. İnanıram ki, “Bayer”lə matçdakı kimi olmayacaq. Amma bizim üçün çətin olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest