İspaniya La Liqasının XXIV turunda “Sevilya”ya məğlub olan “Atletiko” (0:1) bu azmış kimi, bir aparıcı oyunçusunu da itirib. Matc.az xəbər verir ki, Madrid klubunun hücumçusu Alvaro Morata sıradan çıxıb.

31 yaşlı forvard birinci hissənin sonlarında dizindən zədə alıb. Paltardəyişmə otağında komanda yoldaşlarından tez yollanan Morata ikinci hissədə meydana çıxa bilməyib. Bu gün keçiriləcək tibbi müayinənin ardından İspaniya millisinin üzvünün durumuna aydınlıq gələcək.

Qeyd edək ki, “Atletiko” hazırda 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest