Çiro İmmobile "Kalyari" ilə matçda A Seriyasında 200-cü qolunu vurub.
 
Matc.az xəbər verir ki, hazırda "Latsio"nun 33 yaşlı italiyalı hücumçusu A seriyası tarixində bombardirlər siyahısında 8-ci yerdədir.
 
İmmobiledən daha öndə olan futbolçular isə, Roberto Baggio (205 qol), Antonio Di Natale (209 qol), Xose Altafini, Cüzeppe Meazza (hər biri 216 qol), Qunnar Nordal (225 qol), Françesko Totti (250 qol) və Silvio Pioladır (274 qol). ).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest