08 Yanvar 2024, 09:58
FUTBOL
Almaniyanın “Union” klubunda çıxış edən Leonardo Bonuççi Türkiyəyə köçə bilər. Matc.az xəbər verir ki, 36 yaşlı müdafiəçi “Fənərbaxça”nın maraq dairəsinə düşüb.
İstanbul nəhəngi Berlin klubundan ayrılmaq istəyən ulduz futbolçu ilə danışıqlar aparmağa hazırlaşır. İtaliyalı hətta komanda yoldaşları ilə vidalaşıb. O, gələn təklifləri nəzərdən keçirməyə başlayıb.
Qeyd edək ki, Leonardo Bonuççi ötən ilin yayında azad agent kimi “Union”a keçib. O, Bundesliqa klubunun heyətində 10 oyun keçirib, 1 qol vurub.