30 Oktyabr 2026, 23:20
FUTBOL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib. Matc.az-ın Prezidentin saytına istinadən verdiyi məlumata görə, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər.
Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.
Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.







_1793388838.jpg)


_1694603125.png)


