“Everton” klubun Premyer Liqada 10 xal kəsilməsinə etiraz edib.

Matc.az xəbər verir ki, noyabrın 17-də Liverpul klubu Premyer Liqanın gəlirlilik və davamlı inkişafı qaydalarını pozduğuna görə İngiltərə çempionatının cədvəlindən 10 xal silinməklə cəzalandırılıb . “Everton” bu gün Premyer Liqanın Hakimlər Kollegiyasının sədrinə komissiyanın klubdan 10 xalın silinməsinə dair qərarından apellyasiya şikayəti verib. İndi işə baxmaq üçün apellyasiya şurası təyin olunub. Daha əvvəl “Everton”  ədalətsiz hesab etdiyi komissiyanın qərarından şoka düşdüklərini və məyus olduqlarını bildirmişdi.

Qeyd edək ki, 13 turdan sonra "Everton" 4 xalla Premyer Liqa cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest