30 Noyabr 2023, 23:00
FUTBOL
Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri dünyanın 40 yaşadək ən yaxşı baş məşqçilərinin reytinqini dərc edib.
Matc.az xəbər verir ki, siyahıya Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmann başçılıq edir. İkinci yerdə “Sportinq”in baş məşqçisi Ruben Amorim qərarlaşıb. İlk “üçlüy”ü isə Belçika millisinə rəhbərlik edən Domeniko Tedesko qapayıb.
1. Yulian Naqelsmann (36 yaş, Almaniya millisi)
2. Ruben Amorim (38 yaş, “Sportinq”)
3. Domeniko Tedesko (38 yaş, Belçika millisi)
4. Vensan Kompani (37 yaş, “Bernli”)
5. Matias Yassle (35 yaş, “Əl-Əhli”)
6. Uill Still (31 yaş, “Reym”)
7. Ueyn Runi (38 yaş, “Birmingem”).