29 Noyabr 2023, 14:03
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
	"Barselona"nın müdafiəçisi müdafiəçisi Joao Kanselo Çempionlar Liqasının qrup mərhələsinin V turunun "Portu" ilə görüşünü (2:1) dəyərləndirib. Matc.az xəbər verir ki, portuqaliyalı meydanda özünə rahat olan mövqenin adını çəkib:
	"Bu qarşılaşmaya final matçı kimi baxdıq və sonda qalib gəldik. Pley-offa vəsiqə qazandıq. "Barselona" buna layiqdir. Nəticələr sizi qane etmədiyi zamanla özünüzə inamınız azala bilər. Sol cinahda oynamaq mənə rahatdır".
	Xatırladaq ki, katalonlar hazırda H qrupunda 12 xalla birincidir. 
				
         	
                                             
               
            
 










