20 Noyabr 2023, 13:46
FUTBOL
“Gördüyüm heç bir işdən peşman deyiləm. Bu, kədərli sonluqdu. Amma hər gün əlimdən gələni etdim və bundan sonra da edəcəyəm”
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda çıxış edən İsveç yığmasında baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, skandinaviya təmsilçisinin çalışdırıcıdı Yanne Andersson vəzifəsindən ayrılıb.
O, bu barədə Estoniyanı 2:0 hesabı ilə məğlub etdikləri son tur görüşünün ardından açıqlayıb. Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün istefa verdiyini deyib: “Gördüyüm heç bir işdən peşman deyiləm. Bu, kədərli sonluqdu. Amma hər gün əlimdən gələni etdim və bundan sonra da edəcəyəm”.
Qeyd edək ki, Yanne Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırırdı. Komanda 10 xalla qrupda 3-cü yeri tutub. Azərbaycan millisi isə 7 xalla 4-cü olub.