"Ronaldonun bitdiyini deyirlər. Amma bu, doğru deyil. Ayaqlarım "Kriştiano, bitirmək vaxtıdır" deyənə qədər davam edəcəm"

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirmək fikrində deyil. Matc.az xəbər verir ki, bunu portuqaliya ulduz jurnalist Fabritsio Romanoya açıqlamasında deyib: 
 
"Ronaldonun bitdiyini deyirlər. Amma bu, doğru deyil. Ayaqlarım "Kriştiano, bitirmək vaxtıdır" deyənə qədər davam edəcəyəm. Hələ komandama verəcəyim çox şey var. Mən hələ də futbolu, qol vurmağı, qalib olmağı sevirəm. İşimi bitirdiyimi deyirlər, amma sübut edirəm ki, bu, belə deyil". 
 
Qeyd edək ki, 38 yaşlı forvard bu il Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. 22 oyunda meydana çıxan Ronaldo 23 qola imza atıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest