Azərbaycan millisinin hücumçusunun da meydana çıxdığı qarşılaşmada heç-heçə qeydə alınıb.

Türkiyə çempionatında mövsümün son turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, həmyerlimiz Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşıb. 

Azərbaycan millisinin hücumçusunun da meydana çıxdığı qarşılaşmada heç-heçə qeydə alınıb -3:3.

Belə ki, fasilədən sonra oyuna daxil olan Emreli 47-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Bu, Mahirin Türkiyədə ikinci qolu olub.
 
"Konyaspor" çempionatı 51 xalla 8-ci pillədə tamamlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest