"Bavariya" rəhbərliyi komandanın baş məşqçisi Tomas Tuxeli istefaya göndərmək fikrində deyil. Matc.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Florian Plettenberq özünün "Twitter" səhifəsində yazıb.
 
Onun sözlərinə görə, "Bavariya"da Tuxelin komandanın "sükanı arxası"nda gələcəyi ilə bağlı heç bir müzakirə aparılmır. İdarə Heyəti mütəxəssisə tam etibar edir. Rəhbərliyin mayın 30-da keçiriləcək iclasında Tuxelin taleyi ilə bağlı məsələni müzakirə etməyə başlaması da planlaşdırılmır. Alman mütəxəssis klub bu mövsüm kubok qazanmasa belə, komandanın baş məşqçisi postunda qalacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest