"Çempionlar Liqasına düşmək üçün lazım olan hər şeyə sahib idik, amma uğursuzluğa düçar olduq"

"Liverpul"un hücumçusu Məhəmməd Salah komandasının çempionlar Liqasına vəsiqə qazana bilməməsinə toxunub. Matc.az xəbər verir ki, misirli futbolçu sosial şəbəkə hesabında yazıb ki, bunun üçün hansısa bəhanə ola bilməz:  "Tamamilə darmadağın oldum. Bunun üçün heç bir bəhanə yoxdur. çempionlar Liqasına düşmək üçün lazım olan hər şeyə sahib idik, amma uğursuzluğa düçar olduq. Biz "Liverpul"uq və çempionlar Liqasına vəsiqə qazanmaq minimumdur. ürəkləndirici və ya nikbin yazı üçün üzr istəyirəm. Sizi də, özümüzü də ruhdan saldıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest