"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"a keçiriləcək cavab oyununu dəyərləndirib.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"a keçiriləcək cavab oyununu dəyərləndirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis hər şeyin öz əllərində olduğunu bildirib.
 
Qvardiola hesab edir ki, radikal dəyişikliklərə ehtiyac yoxdu:
 
"Hücumda daha çevik olmağımız üçün müəyyən dəyişiklik olacaq. Amma bu, xüsusi bir şey deyil. Əvvəllər etdiklərimizlə müqayisədə fərqli nəsə olmayacaq. Hər şeyi deyə bilmərəm, Ançelotti eşidər. Hər şey öz əlimizdədi, bizdən asılıdı. Müstəsna heç nə tələb olunmur". 
 
Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Siti" – "Real" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk görüşdə 1:1 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest