"İnter"in müdafiəçisi Federiko Dimarko çempionlar Liqasının yarımfinal mərhələsində "Milan"la keçiriləcək görüşlə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi derbinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

"Hər derbidə olduğu kimi, belə matçlarda oynamaq inanılmazdır. Bu derbilərin çoxunu "İnter" azarkeşi kimi görmüşəm. Yarımfinalda çıxış edəcəyim üçün çox xoşbəxtəm. Bu andan həzz almaq istəyirəm. Belə görüşlərdə ağlın və ürəyinlə oynamaq, diqqəti yalnız meydana cəmləmək lazımdı. Düzgün reaksiya ilə "Milan" azarkeşlərinin təzyiqinə tab gətirmək şansımız olacaq".

İtaliya millisinin üzvü 2002-03 mövsümünün yarımfinalında "İnter"in "Milan"a məğlub olaraq mübarizəni dayandırmasını da xatırlayıb: "Həmin vaxt "San Siroda" idim. "İnter" azarkeşi kimi o matçlarla bağlı xoş xatirələrim yoxdu. Ancaq 20 il əvvəl orada olduğum və indi yarımfinalda çıxış edəcəyim faktı var. Bu, inanılmaz hissdi".

Qeyd edək ki, bu gün keçiriləcək "Milan" –"İnter" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest