Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr (U-17) arasında "Zəfər kuboku"na yekun vurulub. Matc.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşçimiz Elmin Əliyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
 
Beləliklə, Azərbaycan güləşçiləri yarışı 12 medalla başa vurub. Yekunda yunan-Roma güləşi üzrə millimiz 173 xalla (4 qızıl, 1 gümüş və 4 bürünc) komanda hesabında 1-ci yeri tutub.
 
Qızlardan ibarət yığmamız da yarışı ilk "3-lük"də başa vurub. 1 qızıl və 2 bürünc medal qazanan komandamız 63 xalla 3-cü yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest