İspaniya millisinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Matc.az saytının İspaniya Futbol Federasiyasının yutub kanalına istinadən məlumatına görə, baş məşqçi Luis Enrike heyəti qeyri-adi formada açıqlayıb.

Belə ki, o, meydan boyu düzülən geyim dəstlərinin üzərinə yığmaya çağırılan oyunçuların adlarını yapışdırıb.

Qeyd edək ki, İspaniya yığması martın 23-də Norveç, 26-da isə Malta ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest