Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya Dünya Reytinqini yenilənib. Matc.az xəbər verir ki, Azərbaycanın bəzi cüdoçuları öz çəkilərində ilk üç sırada qərarlaşıblar.
 
Ən yaxşı göstərici Zelim Kotsoyevə məxsusdu. O, 100 kq çəki dərəcəsində reytinqə başçılıq edir. 60 kq-da Balabəy Ağayev, 81 kq Səid Mollayi ikinci yerdə qərarlaşıb. Hidayət Heydərov isə 73 kq-dakı cüdoçular arasında dördüncüdü.
 
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest