3-5 martda özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək. Matc.az xəbər verir ki, yarışda Azərbaycanın 6 cüdoçusu iştirak edəcək.
 
Onların hamısı yığmanın ehtiyat heyət üzvləridir: Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyevdir (hər ikisi 73 kq). 
 
"Böyük Dəbilqə"də 40-dan çox ölkədən idmançıların iştirakı planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest