FIFA-nın Nizamnaməsi məbləğin maksimum 5 il ərzində ödənilməsini tələb edir. Amma "Çelsi"nin bu transferi istisna təşkil edəcək.

"çelsi"nin Mixail Mudriki transfer etməsi digər klubların tənqidinə yol açıb. Matc.az xəbər verir ki, İngiltərə təmsilçisi ukraynalı futbolçunun keçidi müqabilində Donetsk "Şaxtyor"una ödəməli olduğu pulu 8 ilə verəcək.

Klub rəhbərləri hesab edir ki, londonlular maliyyə fey-pleyinə "ilişməmək" üçün bu addımı atıb. Bu səbəbdən UEFA transfer qaydalarını tezliklə dəyişməyi planlaşdırır. 

FIFA-nın Nizamnaməsi məbləğin maksimum 5 il ərzində ödənilməsini tələb edir. Amma "çelsi"nin bu transferi istisna təşkil edəcək.

UEFA-nın qayda dəyişikliyi "zadəganlar"ın son transferlərinə şamil olunmayacaq. Ancaq sonrakı keçidlər zamanı bu amil klubun işini məhdudlaşdıracaq.

XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest