"Kəpəz" Türkiyə toplanışını məğlubiyyətsiz başa vurub. Tərlan Əhmədovun yetirmələri ilk iki sınağında "MTK Budapeşt"ə (Macarıstan) 1:0 hesabı ilə qalib gəlib, "Novi Pazar"la (Serbiya) isə qolsuz bərabərə qalıb.

Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz" son yoxlama görüşünü keçirib. Matc.az saytı xəbər verir ki, Gəncə təmsilçisi Qazaxıstan "Kaysar"ı ilə qarşılaşıb.
 
Antalyada baş tutan matç Azərbaycan klubunun qələbəsi ilə yekunlaşıb. "Kəpəz"in 3:0 hesabı ilə qalib gəldiyi oyunda ilk iki qol penaltidən vurulub. 19-cu dəqiqədə Ahmed Ayzaya, 48-ci dəqiqədə isə Mate Kvirkviya qapıçı ilə dueldən üstün ayrılıb. 50-ci dəqiqədə Ayzaya dublunu rəsmiləşdirib.
 
Beləliklə, "Kəpəz" Türkiyə toplanışını məğlubiyyətsiz başa vurub. Tərlan Əhmədovun yetirmələri ilk iki sınağında "MTK Budapeşt"ə (Macarıstan) 1:0 hesabı ilə qalib gəlib, "Novi Pazar"la (Serbiya) isə qolsuz bərabərə qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest