18 Yanvar 2023, 17:51
FUTBOL
“Şamaxı” Türkiyədəki təlim-məşq toplanışında sonuncu yoxlama görüşünü keçirib. Matc.az saytı xəbər verir ki, bölgə təmsilçisi Antalyada “Napredak”la qarşılaşıb.
Görüş Serbiya klubunun qələbəsi ilə yekunlaşıb. Rəqib son dəqiqələrdə vurduğu yeganə qol sayəsində 1:0 hesablı qalibiyyət əldə edib. Beləliklə, Vüqar Əsgərlinin yetirmələri Antalya toplanışını qələbəsiz başa vurub. Komanda ilk oyununda Qazaxıstan təmsilçisi “Kaysar”la 0:0 hesablı heç-heçə edib. “Şamaxı”nın “Botoşani” (Rumıniya) ilə oyunu isə rəqib 1:0 öndə olarkən 70-ci dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.
Qeyd edək ki, yanvarın 8-dən Türkiyədə toplanışda olan “Şamaxı” sabah Vətənə qayıdacaq.