Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama görüşü keçirib. Matc.az saytı xəbər verir ki, Azərbaycan çempionu "çukariçki"ni sınağa çəkib.
 
Ağdam təmsilçisi Türkiyədəki ikinci yoxlama matçında Serbiya klubuna 1:0 hesabı ilə qalib gəlib. Komandanın heyətində yeganə qola 42-ci dəqiqədə Kevin Medina imza atıb.
 
Ağdam təmsilçisi sonuncu yoxlama oyununda Polşa klubu "Poqon"la qarşılaşıb və 2:4 hesabıyla uduzub. "Qarabağ"ın ilk qolunu 50-ci dəqiqədə Marko Yankoviç vurub. 90+4-cü dəqiqədə isə Abdullah Zubir fərqlənib. Bununla da ağdamlıların Antalya toplanışı başa çatıb.
 
Qeyd edək ki, "Qarabağ" Türkiyədəki ilk yoxlama görüşündə "Rakuv"a (Polşa) 0:3 hesabı ilə uduzub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest