"Sumqayıt" Türkiyə toplanışını başa vurub. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rusiya klubu "Krılya Sovetov"la üz-üzə gəlib.
Antalyadakı "Titanic Mardan" hotelinin meydançasında keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslar yeganə qola 87-ci dəqiqədə imza atıblar.
Beləliklə, təlim-məşq toplanışını bitirən "Sumqayıt" sabah Azərbaycana qayıdacaq.
Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi Antalyadakı ilk oyununda Serbiya təmsilçisi "Radnik"ə (2:1) qalib gəlib.
XƏYAL