Dörd gün öncə Rumıniyanın "Petrolul" komandasına 2:3 hesabı ilə uduzan "Turan-Tovuz" bu gün baxışa çağırdığı kamerunlu futbolçu Erik Ayuku da sınaqdan keçirib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdurən "Turan-Tovuz" bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az saytı xəbər verir ki, təmsilçimizin ikinci sınaq görüşündəki rəqibi İsveçrənin "Aarau" klubu olub. 

Dörd gün öncə Rumıniyanın "Petrolul" komandasına 2:3 hesabı ilə uduzan "Turan-Tovuz" bu gün baxışa çağırdığı kamerunlu futbolçu Erik Ayuku da sınaqdan keçirib.

Qarşılaşma isə Tovuz təmsilçisinin qələbəsiylə yekunlaşıb. Yeganə qolu ilk hissədə Ayxan Hüseynov rəqib qapısından keçirib.

"Turan-Tovuz" - "Aarau" (İsveçrə) 1:0
Qol: Ayxan Hüseynov, 6.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest