Oyunda hesab ilk yarının sonlarında açılıb. 42-ci dəqiqədə "Sabah"ın heyətində Aleksey Kaşuk fərqlənib.

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sabah" bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, təmsilçimizin rəqibi Polşanın "Varta" klubu olub.

Oyunda hesab ilk yarının sonlarında açılıb. 42-ci dəqiqədə "Sabah"ın heyətində Aleksey Kaşuk fərqlənib. İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, yaranan şanslardan polşalılar maksimum istifadə ediblər. Belə ki, matçın əsas vaxtına əlavə edilən  ikinci dəqiqədə hesabı bərabərləşdirən "Varta"  məğlubiyyətdən qaçıb. 

Xatırladaq ki, növbəti oyununu yanvarın 18-də Serbiyanın "Voyvodina" klubuna qarşı keçirəcək "Sabah"ın ertəsi gün Bakıya qayıdacaq.

 

  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest