Elmar Baxşıyevin yetirmələri Rumıniya klubu ilə matçın 7-ci dəqiqəsində Ülvi İsgəndərovun qolu sayəsində hesabı açıb. Fasilədən dərhal sonra rəqib bərabərlik topunu vurub.

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama görüşünü keçirib. Matc.az saytı xəbər verir ki, "qırmızı-qaralar "Sepsi"ni sınağa çəkib.
 
Elmar Baxşıyevin yetirmələri Rumıniya klubu ilə matçın 7-ci dəqiqəsində ülvi İsgəndərovun qolu sayəsində hesabı açıb. Fasilədən dərhal sonra rəqib bərabərlik topunu vurub. 66-cı dəqiqədə İsnik Alimi penaltidən "Qəbələ"ni yenidən önə keçirsə də, bir qədər sonra rumıniyalılar növbəti dəfə status-kvonu bərpa edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, yanvarın 17-dək Antalyada təlim-məşq toplanışında olacaq "Qəbələ" ayın 16-da "Teplitse" (çexiya) ilə yoxlama görüşündə üz-üzə gələcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest