Beynəlxalq Cüdo Federasiyasının Olimpiya Təsnifat Dövrü üçün ilk Olimpiya Dünya Reytinq siyahısı açıqlanıb. Matc.az saytı xəbər verir ki, qurum yanvarın 11-nə qədər olan vəziyyəti tərtib edib.
 
Azərbaycan cüdoçularından Səid Mollayi ən yaxşı göstəriciyə malikdi. O, 81 kq çəki dərəcəsində 2110 xalla dünya reytinqinə başçılıq edir. Hidayət Heydərovla Zelim Kotsoyev isə mübarizə apardıqları çəki dərəcələrində dünya ikincisidi.
Qeyd edək ki, Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest