Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "ağ-qaralar" Macarıstanın "Vaşaş" koşandası ilə qarşılaşıb.

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın "Vaşaş" komandası ilə qarşılaşıb. 

"Gloria Golf Club"un stadionunda keçirilən oyunda hesabı "Neftçi" açıb. 24-cü dəqiqədə Kenni Sayef "ağ-qaralar"ı hesabda önə keçirib. Amma macarlar 67-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıblar. Oyunda başqa qol vurulmayıb və tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

Belek bölgəsindəki "Gloria Verde Resort" otelində məskunlaşan "Neftçi" Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. "Ağ-qaralar" yanvarın 15-də Polşanın "Medz Leqnisa" və Serbiyanın "Baçka Topola", 19-da isə bu ölkənin məşhur "Srvena Zvezda" klubu ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest