Oyunda hesabı "Turan Tovuz" açıb. 7-ci dəqiqədə tovuzluların yeni transferi, moldovalı müdafiəçi Denis Marandiçi fərqlənib. Amma təmsilçimiz fasiləyədək bu üstünlüyü qoruya bilməyib - 1:2.

Antalyada təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Matc.az saytının xəbərinə görə, Qərb təmsilçisinin rəqibi Rumıniyanın "Petrolul" komandası olub.

Oyunda hesabı "Turan Tovuz" açıb. 7-ci dəqiqədə tovuzluların yeni transferi, moldovalı müdafiəçi Denis Marandiçi fərqlənib. Amma təmsilçimiz fasiləyədək bu üstünlüyü qoruya bilməyib – 1:2.  

İkinci hissəyə daha yaxşı başlayan rumınlar hesab arasındakı fərqi artırıblar. Ayxan Huseynov 66-cı dəqiqədə komandasının ikinci qolunu vursa da, "Turan Tovuz"un bundan artığına gücü çatmayıb – 2:3.

Tovuz təmsilçisi növbəti oyununu yanvarın 13-də İsveçrənin "Aarau" komandasına qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest