Qadınların mübarizəsində isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) xalça üzərinə çıxacaq.

Azərbaycan cüdoçularının 2023-cü ildə iştirak edəcəyi ilk mötəbər yarış müəyyənləşib. Matc.az xəbər verir ki, idmançılarımız yanvarın 27-də Portuqaliyada qüvvələri sınayacaqlar. Onlar Almada şəhərində cüdo Qran-Pri turnirinə qatılacaqlar. 

Belə ki, yarışda 9 kişi və 7 qadın cüdoçu mübarizə aparacaq. Kişilərin yarışında Turan Bayramov, Nazir Talıbov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq) və Camal Qamzatxanov (+100 kq) medallar uğrunda gücünü sınayacaq.

Qadınların mübarizəsində isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) xalça üzərinə çıxacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest