Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq.

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib. Matc.az xəbər verir ki, 28 yaşlı idmançı növbəti döyüşünü martın 18-də keçirəcək.
 
Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq.
 
Döyüş "Nazia Fighting Championship" tərəfindən təşkil olunacaq.
 
Fanil Rafikov 21 döyüşdə qalib gəlib, 6 dəfə uduzub. Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest