London "Arsenal"ının müdafiəçisi Ben Uayt Qətərdəki dünya çempionatında iştirak edən İngiltərə millisinin düşərgəsini tərk edib. Matc.az xəbər verir ki, 25 yaşlı müdafiəçi şəxsi məsələlərə görə yığmadan ayrılıb.
 
Bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Futbolçunun şəxsi həyatına hörmət əlaməti olaraq, əsl səbəb açıqlanmayıb.
 
İngiltərə millisi mundialın 1/8 finalında Seneqalla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest