Kiyevin Peçersk məhkəməsi Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçib. Matc.az xəbər verir ki, bu barədə jurnalist Konstantin Andriyuk bildirib.
 
Onun sözlərinə görə, UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq. Pavelko 9 milyon 880 min qrivna (təxminən 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.
 
Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest