13 May 2025, 12:35
FUTBOL
"Bornmut"un müdafiəçisi Din Hyöysen ölkəsinə qayıda bilər.
Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Real" ispan futbolçunu heyətinə qatmağa yaxındır.
Hyöysen İngiltərə klublarını ona təklif etdiyi yüksək maaşdan imtina edib. 20 yaşlı mərkəz müdafiəçisi Madrid klubunda oynamaq istəyir. "Real" gənc futbolçunun keçidini 2 həftə ərzində yekunlaşdırmağa çalışacaq.
Qeyd edək ki, "Bornmut" Din Hyöyseni mövsümün əvvəlində"Yuventus"dan transfer edib. İspaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.