13 May 2025, 17:27
FUTBOL
"Real"ın müdafiəisi Lukas Vaskes mövsümün sonunda komandadan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə tanlnmış insayder Fabritsio Romano məlumat yayıb.
"Kral klubu" ispaniyalı sağ cinah müdafiəçisinin 30 iyun tarixində başa çatan müqaviləsini uzatmayacaq. 33 yaşlı futbolçu klublararası dünya çempionatından (14 iyun-15 iyul) sonra "Real"ı azad agent statusu ilə tərk edəcək.