13 May 2025, 15:35
FUTBOL
"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Kayl Uokerlə bağlı qərar verib.
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi müqavilə ilə məxsus olduğ kluba qayıdacaq.
Uokerin performansı məşqçilər korpusunu qane etməyib. Buna görə də "Milan" 34 yaşlı sağ cinah müdafiəçisi üçün 5 milyon avroluq satınalma bəndini işə salmayacaq.
Qeyd edək ki, Kayl Uoker bu ayın fevral ayından "Milan"da çıxış edir. Təcrübəli oyunçu komandanın hyətində keçirdiyi 15 oyunda qol və ya assistlə yadda qalmayıb.