13 May 2025, 13:59
FUTBOL
Mövsümün sonunda "Bayer"dən ayrılacağını açıqlayan Conatan Tanın yeni klubu müəyyənləşib.
Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Bavariya"ka keçəcək.
Ta Münhen klubu ilə razılıq əldə edib. Almaniyalı mərkəz müdafiəçisi ilə yaxın günlərdə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Conatan Ta 2015-ci ildən "Bayer"də çıxış edir. Almaniya millisinin üzvü ola təcrübəli oyunçu bu mövsüm leverkuzenlilərin heyətində keçirdiyi 48 oyunda 4 qol vurub, 1 assist edib.