İspaniyanın "Real" komandasının baş məşqçisi Karlo Ançelotti UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis buna çL-in qrup mərhələsinin 6-cı turunda Şotlandiyanın "Seltik" komandasına qalib gəldikləri (5:1) matçda nail olub.
 
Bu, Karlonun sözügedən turnirdəki 103-cü qələbəsi olub. Ançelotti bununla da çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçiyə çevrilib.
 
Bundan əvvəlki rekord "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Ferqussona məxsus idi (102 qələbə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest